“Bakı Dövlət Universitetində tibb fakültəsinin yaranması üçün həmin ali məktəbdə müvafiq baza və kadr potensialı yoxdur”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib. Onun sözlərinə görə, tibb sahəsi elə bir sahədir ki, hər bir ali məktəbdə yaratmaq olmaz. Aparat rəhbəri bildirib ki, bunun üçün yüksək texniki təchizat və kadr potensialı lazımdır: “ələ ki Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılması nəzərdə tutulmayıb”.