
Əlinizi gündə neçə dəfə yuyursunuz? - Bilməyiniz vacibdir
BMT-nin uşaq fondu 2008-ci ildə BMT-nin Baş Assambleyasının keçirdiyi iclasında hər il 15 oktyabrı rəsmi olaraq “Ümumdünya Əl Yuma Günü” kimi elan edib.
Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin qənaətinə görə, “çirkli əllər”dən yaranan xəstəliklər qlobal səviyyədə fəlakətə yol aça bilər.
Çirkli əllərdən insan orqanizminə bir çox qorxulu xəstəliklərin patogenləri: vəba, pnevmoniya virusu, hepatit, qrip və kəskin resperator virus infeksiyaları daxil olur. «Çirkli əllər» Asiya və Afrika ölkələrində uşaq ölümləri sayının yüksək olmasının əsas səbəbidir. Əl yumamaq difteriya, sətəlcəm, hepatit, qrip, göz infeksiyası, qotur xəstəliyi və müxtəlif növ göbələk xəstəliklərinin yaranmasının əsas faktorlarından biridir.
UNİCEF-in məlumatına görə, dünyada hər gün təkcə ishaldan (bu vəziyəti "çirkli əllər xəstəliyi" də adlandırırlar) beş minə yaxın uşaq tələf olur. Əgər onlar tualetdən və yemək yeməzdən əvvəl əllərini sabunla yumuş olsaydılar bu sayı yarıya qədər azaltmaqla ölümün qarşısını almaq mümkün olardı. Buna görə də adi görünən bu gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını xilas edir.
BMT-nin dəstəyi ilə bu istiqamətdə keçirilən tədbirlərin məqsədi ictimaiyyəti bu sadə lakin çox əhəmiyyətli olan gigiyenik prosedura əməl etməyə və bununla da xəstəliklərin qarşısını almağa çağırmaqdır.
Bu gün bir çox ölkədə kütləvi informasiya vasitələri gigiyena qaydalarına əməl etmə kampaniyaları keçirir. Azərbaycanda da bu yöndə maarifləndirmə tədbirləri aparılır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün mütəmadi olaraq xəstəliklərin profilaktikası məqsədilə çap materialları hazırlanır, məktəblərdə maarifləndirmə işi aparılır.
Oxşar yazılar

Bu BÜRCLƏR üçün pul axını açılacaq: Şanslılar kimlərdir?
19 avqust 2025 , 00:02
Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34
Hər bürc üçün həftənin ən şanslı günü
18 avqust 2025 , 18:24
Bakıda bu körpü 10 günlük bağlanır
18 avqust 2025 , 17:17
Azərbaycanda heyvanlar üçün satılan SAXTA YEMLƏR - ARAŞDIRMA
18 avqust 2025 , 17:09
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
18 avqust 2025 , 15:43
Milli-mənəvi DƏYƏRLƏRİ təhqir edənləri hansı cəza gözləyir?
18 avqust 2025 , 15:08