Dağlıq rayonlarda sulu qar yağacaq
27 mart 2014 12:50 (UTC +04:00)

Dağlıq rayonlarda sulu qar yağacaq

0

Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. 

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın bəzi rayonlarında sabah yağış yağacağı, dağlıq rayonlara sulu qar yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək, 

Havanın temperaturu gecə 5-9, gündüz 11-16, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 6-11 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 806

Oxşar yazılar