Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan müsabiqə ilə bağlı AÇIQLAMA
16 yanvar 2014 15:23 (UTC +04:00)

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan müsabiqə ilə bağlı AÇIQLAMA

0

Ötən ilin 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində Prezident yanında  Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi. Komissiyadan Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2325-i qadın namizəd olmaqla 6406 namizəd qeydə alınıb. Qeydə alınmış 6406 namizədin ortalama 81,70%-ni gənclər təşkil edib. Namizədlərdən 2156 nəfəri test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 453-ü qadın namizəd olmaqla 1374 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 86,17%-ni gənc namizədlər təşkil etmişdir. Test mərhələsini uğurla başa vuran namizədlərdən

Müsabiqənin müsahibə mərhələsi dekabrın 23-dən başlayıb. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Dəniz Administrasiyası və Şəki Apellyasiya Məhkəməsi üzrə keçirilən müsahibələr başa çatmışdır. Qeyd olunan 5 dövlət orqanı üzrə müsahibə mərhələsində iştirak etmək üçün 28 namizəd qeydə alınıb. Onlardan 9-u müsahibədən uğurla keçmiş, 19-u vəzifəyə uyğun hesab edilməmiş, 2-si isə müsahibə mərhələsində iştirak etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1686

Oxşar yazılar