Dövlət Statistika Komitəsi (2013-cü ilin yanvar-aprel ayları) əhalinin gəlirləri haqqında məlumat yayıb. Qurumdan Lent. az-a verilən məlumata görə, yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 10,3 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1108,7 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 69,4 faizi son istehlaka, 9,3 faizi vergilərə, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan 9,3 milyard manatlıq gəlir əvvəlki ilə nisbətən 6,1 faiz artıb.