Əlillərin əmək bazarına çıxışının asanlaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu barədə Lent. az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cari ilin birinci rübü ərzində isə daha 20 nəfər əlil üçün ingilis dili üzrə 3 aylıq, 18 nəfər gözdən əlil üçün isə kompüter istifadəçisi peşəsi üzrə 2 aylıq peşə hazırlığı kursu təşkil olunub.
Onu da bildirək ki, hazırda Ramana Gənc Əlillərin Əmək və İstirahət evində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, burada yaşayan əlillərin peşə hazırlığını təmin etmək üçün müvafiq şərait də yaradılır.