Əlillərin tibbi-sosial reabilitasiyası sistemi təkmilləşdirilir
21 yanvar 2013 17:19 (UTC +04:00)

Əlillərin tibbi-sosial reabilitasiyası sistemi təkmilləşdirilir

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən «Əlillərin tibbi-sosial reabilitasiyası sisteminin təkmilləşdirilməsi” layihəsinin təqdimatı olub. Bu barədə Lent.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbir həmin layihə çərçivəsində və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə tərtib edilmiş “Əlillərin bərpa mərkəzlərində cari vəziyyətin təhlilinə dair hesabat”ın müzakirəsinə həsr edilib.

 

Hesabatın əsas məqamları onun müəllifi, Avropa Reabilitasiya Platformasının mütəxəssisi Donal MkAnaney tərəfindən təqdim edildikdən sonra  tədbir müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbirin sonunda əlillərin bərpa mərkəzlərinin işinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması üçün Nazirliyin və tərəfdaş təşkilatların 2013-cü ildə yeni proqramlar icra etməsinin vacibliyi vurğulanıb.   
 

Qeyd edək ki, tədbirdə Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov və nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, «Sosial Xidmətlər Təşəbbüsü» İctimai Birliyinin sədri Ramiz Behbudov, Nazirlik yanında İctimai Şuranın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, BƏT-in, UNİCEF-in, digər  yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar