Fransadan cins heyvanlar alınacaq
16 may 2013 15:21 (UTC +04:00)

Fransadan cins heyvanlar alınacaq

0

Kənd təsərrüfatı naziri İsmət Abasov Fransanın südçülük sahəsində ixtisaslaşan “Loctalis” şirkətinin və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Görüşdə Azərbaycanda süd istehsalının inkişafı üzrə tərəfdaşlığın möhkəmləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycanda aqrar sahədə aparılan islahatlar, əldə olunan nəticələr, ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın da  inkişafının qarşıya vacib bir məsələ kimi qoyulduğunu bildirib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatının artım tempi 6,2% təşkil edib və bu ilin sonunadək 6-7% olacaq. Nazir Azərbaycanda heyvandarlıq sahəsinin inkişafı, o cümlədən kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin genişləndirilməsi, südçülük istiqamətində məhsuldarlığın artırılması sahəsində hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bu sahədə sahibkarlar üçün əlverişli şəraitin yaradıldığını, “Aqrolizinq” ASC tərəfindən avadanlığın güzəştli şərtlərlə sahibkarlara satıldığını bildirib.

 İ.Abasov əməkdaşlıq üçün yaxşı zəmin olduğunu, bunun nəticəsində, 2013-cü ildən etibarən Azərbaycana digər ölkələrlə yanaşı Fransadan da cins heyvanların gətirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 688

Oxşar yazılar