<b>Kimlər ali məktəblərə imtahansız qəbul ola bilər?</b>
23 may 2019 12:29 (UTC +04:00)

Kimlər ali məktəblərə imtahansız qəbul ola bilər?

Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş 11 olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar daxil ola biləcəklər.

Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 11 olimpiadanın 5-i dünya olimpidalarıdır. "Məktəblilər arasında 8 fənn üzrə keçirilən yerli olimpiada qalibləri də müsabiqədənkənar ali məktəblərdə ödənişsiz ixtisaslarda təhsil ala biləcəklər. Məsələn, Azərbaycan dili və ədəbiyyatı üzrə olimpiada qalibi Azərbaycan dili və ədəbiyyatı müəllimliyinə, filologiya, yurnalistika kimi ixtisaslara qəbul ola biləcək. Əgər həmin abituriyent hüquq fakültəsində təhsil almaq istəsə, DİM-in keçirdiyi imtahanlarda iştirak etməlidir. Riyaziyyat fənni üzrə olimpiada qalibi isə 22 ixtisas üzrə təhsil müsabiqədənkənar ali məktəblərdə ödənişsiz təhsil ala biləcəklər.

Həmçinin, beynəlxalq idman yarışlarının qalibləri - olimpiada, Avropa çempionatları və s. müvafiq ixtisaslarda imtahan vermədən təhsil ala biləcəklər. Qalib olmuş şəxs 5 il müddətində müsabiqədənkənar qəbul olmaq səlahiyyətindən istifadə edə bilər”.  

Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nərminə Bayramova kollec məzunlarının ali məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklərini deyib. Bildirib ki, hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur: “Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, o nəzərə alınacaq. Həmin adam minimal bal toplayıb, müsabiqədə iştirak edəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar