Hava kəskin dəyişəcək - <span style="color:red;">YENİLƏNİB
27 mart 2014 15:41 (UTC +04:00)

Hava kəskin dəyişəcək - YENİLƏNİB

0

Havalar soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,

ölkə ərazisində hava şəraitinin kəskin dəyişkən keçəcəyi gözlənilir.

Martın 29-da cənub küləyinin güclənəcəyi, temperatur rejiminin isə nisbətən yüksələcəyi ehtimal olunur. Martın 29-dan 30-na keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun  kəskin, 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.

Respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.

Qeyd edək ki, martın 28-də prosesin gedişatından asılı olaraq bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5736

Oxşar yazılar