Bu gündən aprelin 27-dək ölkəmizdə İmmunlaşdırma həftəsi keçiriləcək. Bu barədə Lent. az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həftə Bakı və bütün bölgələri əhatə edəcək. Azərbaycanda 2013-cü ildən keçirilən İmmunlaşdırma həftəsinin əsas məqsədləri əhalinin məlumatlandırılması, xəstəliklərə qarşı nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvənd işinin yüksəldilməsidir.
Həftə çərçivəsində bir sıra tədbirlər keçiriləcək. Sabah Elmi-Tədqiqat Pediatriya İnstitutunda konfrans olacaq.
Qeyd edək ki, 2013-cü ildə Avropa İmmunlaşdırma həftəsi təşəbbüsünə 53 dövlət qoşulub.