İslam ölkələrinin əmək nazirləri Bakıya gəlir
22 aprel 2013 13:31 (UTC +04:00)

İslam ölkələrinin əmək nazirləri Bakıya gəlir

0

Sabah Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv  ölkələrin əmək nazirlikləri rəsmilərinin   iclası olacaq. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

İki gün davam edəcək iclasda məqsəd Təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır.

Dünyanın 50-dən çox islam ölkəsinin əmək nazirlərinin iştirak edəcəyi konfrans isə İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaradılması və bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsi məqsədinə yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin yekunu olaraq, əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar