İTV-nin baş direktoru jurnalistlərin gözü qarşısında seçiləcək
22 aprel 2013 18:32 (UTC +04:00)

İTV-nin baş direktoru jurnalistlərin gözü qarşısında seçiləcək

0

Sabah saat 11:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə  İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən seçki keçirilməsinə başlanılacaq.

 

MTRŞ-dən Lent.az-a verilən məlumata görə, seçkini mətbuat nümayəndələri izləmək hüququna malikdir. 

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib. “İctimai televiziya və radio yayımı haqqında”  Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1098

Oxşar yazılar