
Limonad sexinin fəaliyyəti məhdudlaşdırıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş şikayətə əsasında Agentliyin əməkdaşları tərəfindən Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi 85. ünvanında fəaliyyət göstərən fiziki şəxs Şükürpur Fərman Sədulla oğluna məxsus “Zaquzelli” alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı limonad sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Məlum olub ki, müəssisədə stifadə edilən suyun mikrobioloji təmizlənməsi aparılmır. Eyni zamanda qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.
Sexdə xammal və hazır məhsul ambarlarının, eləcə də istehsal sahəsinin sanitar-gigiyena norma və qaydalarına cavab vermədiyi, hazır məhsulların dövri laborator analizlərinin aparılmadan satışa verildiyi aşkar edilib.
İstehsal olunan “Zaquzelli” əmtəə nişanlı alkoqolsuz içkilərdən nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına təqdim edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar yazılar

Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?
9 avqust 2025 , 17:48
100 il əvvəl insanların 1000 il yaşayacağı proqnozlaşdırılmışdı: niyə baş vermədi?
9 avqust 2025 , 16:12
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
9 avqust 2025 , 14:09
Leysan, dolu, duman - SABAHIN HAVASI
9 avqust 2025 , 12:25
Amerikalıların niyə ata adı yoxdur: Əvəzində nə yazırlar?
9 avqust 2025 , 11:07
Avqust 4 BÜRCƏ böyük pul gətirəcək – şanslılar AÇIQLANDI
9 avqust 2025 , 09:09
Azərbaycanda yaşıllıqlara 20 min manata yaxın ziyan dəydi
8 avqust 2025 , 18:56