
Masallı-Astara yolunun tikintisi davam edir
Ələt-Astara İran Respublikası ilə dövlət sərhədi avtomobil yolu çərçivəsində reallaşdırılan Masallı-Astara yolunun B hissəsinin tikintisi sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, 1B dərəcəyə uyğun yeni trassa üzrə tikilən yolun uzunluğu 20 kilometrdən artıq olacaq. Lənkəran şəhərinin Girdani kəndindən başlayan yol Qamışovka kəndində başa çatacaq.
Tikintisinə 2013-cü ilin iyun ayında başlanılan yol boyu 2 ədəd yol qovşağı, 8 körpü, 78 ədəd dairəvi, 18 ədəd düzbucaqlı boru nəzərdə tutulub. Artıq dairəvi boruların 50 faizi, düzbucaqlı boruların isə 80 faizi tikilmiş, 2 yol qovşağı və 6 körpüdə tikinti işlərinə başlanılıb. Torpaq işləri ilə yanaşı, asfalt-beton örtüyünün döşənməsi işləri də paralel olaraq davam etdirilir.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 avqust 2025 , 08:13
BÜRCLƏR üçün avqust ayının ən şanslı günləri
4 avqust 2025 , 00:02
Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25