Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə (rəqs) geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edib. Lent.az-ın məlumatına görə, müsabiqəyə təqdim olunan geyim-eskizlərinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən bu ilin martın 5-də baxış keçiriləcək.
Qaydalara əsasən,
1. Geyim eskizləri Azərbaycan milli geyimlərinin xüsusiyyətlərini, formasını, koloritini, tarixi, etnoqrafik və bədii məzmununu özündə əks etdirməli, eyni zamanda müxtəlif rəqslərin ifası üçün funksional spesifikaya malik olmalıdır.
2. Eskizlər A3 formatında, 3 müxtəlif komplektdə (hər komplektdə 3 kişi, 3 qadın geyimi) təqdim olunmalıdır.
3. Geyim eskizləri martın 1-dən gec olmayaraq Mədəniyyət və Turizm Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 40, AZ 1000, Hökumət Evi, 3-cü mərtəbə, 305-ci otaq, telefon: 012 493-93-85 ) təqdim edilməlidir.
Münsiflər heyəti tərəfindən seçilmiş eskizlərin müəllifləri pul mükafatları veriləcək:
1-ci yer - 1000 manat
2-ci yer - 800 manat
3-cü yer- 600 manat
Həvəsləndirici mükafat - 3 yer - 200 manat