Mingəçevir gəncləri mükafatlandırıldı
05 fevral 2013 14:52 (UTC +04:00)

Mingəçevir gəncləri mükafatlandırıldı

0

Gənclər üçün Təhsil Mərkəzi 2 fevral – Gənclər Günü münasibətilə Mingəçevir şəhərində təntənəli bayram tədbiri keçirib. Bu barədə Lent.az-a Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib. 100-dən artıq gəncin iştirak etdiyi tədbirə Mingəçevir şəhər icra başçısının müavini, Gənclər və İdman İdarəsinin rəhbərliyi, o cümlədən digər idarə və müəssisələrin də rəhbərlikləri qatılıblar.

 

Tədbirin rəsmi hissəsində çıxış edənlər ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışmış, bundan sonra da bu siyasətin davam etdirilməsi üçün səylə çalışacaqlarını bildiriblər. Gənclər siyasətinin həyata keçirilməsində aktiv fəaliyyətinə görə 11 nəfər gənc Mərkəz tərəfindən mükafatlandırılıb.

 

Tədbirdə Mərkəz üzvləri tərəfindən hazırlanmış səhnələr nümayiş etdirilib, musiqilər səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1266

Oxşar yazılar