Morininqstar ABŞ təhsil proqramının məzunları ilə görüşüb
27 fevral 2013 20:49 (UTC +04:00)

Morininqstar ABŞ təhsil proqramının məzunları ilə görüşüb

0

 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ təhsil proqramlarının məzunlarının illik görüşündə iştirak edib.

 

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan səfir ABŞ təhsil proqramlarının azərbaycanlı məzunlarının iki ölkə arasında əməkdaşlıq qurulmasının vacib hissəsi olduğunu bildirib.

 

O, qeyd edib ki, məzunlar gələcək liderlərin hazırlanması baxımından Azərbaycan cəmiyyətinin inkişafına böyük töhfə verirlər.

 

R. Morninqstar məzunlar arasında icraçı direktorlar və QHT rəhbərləri də var.

 

Sonra ABŞ səfiri proqramlardan birinin məzunu olan Sevinc Məmmədovaya Dövlət departamentinin sertifikatını təqdim edib. S Məmmədova ABŞ dövlət departamenti tərəfindən «Ayın məzunu» seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar