SOCAR-AQŞ MMC jurnalistləri mükafatlandıracaq
05 avqust 2014 11:31 (UTC +04:00)

SOCAR-AQŞ MMC jurnalistləri mükafatlandıracaq

Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ MMC (İnteqrə Olunmuş Qazma və Quyu Xidmətləri Müəssisəsi) ilə birlikdə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi müsabiqə elan edir. Lent.az-ın məlumatına görə, “Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mövzusunda keçiriləcək

 

Müsabiqə Heydər Əliyev - Milli Neft Strategiyasının Banisi, Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti və Əsrin Müqaviləsi  Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı istiqamətlərində aparılacaq.

 

Ümumən müsabiqədə  birinci, ikinci və üçüncü  yerlər üçün 3 qalib nəzərdə tutulub. Birinci yerin qalibinə 1000, ikinci yerin qalbinə 700, üçüncü yerin qalibinə isə 500 manat pul mükafatı veriləcək. 9 nəfərə isə 200 manatdan həvəsləndirmə mükafatı nəzərdə tutulub. Müsabiqədə yer tutacaq şəxslərin adları 20 sentyabr - Əsrin müqaviləsi"nin imzalanmasının 20  illiyi ərəfəsində açıqlanacaq.

 

Müsabiqə şərtlərinə görə, materialların ümumən mövzusu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi olmalı, oxucu üçün informasiyalılıq dərəcəsi və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə olunmalıdır.

 

Müsabiqəyə 2014-cü ilin avqust ayının 11-dən sentyabr ayının 10-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin “Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir. Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

 

Təqdimat zərfində yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu, müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi, yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link, materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir), diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla), yazı elektron media resursunda verilibsə, elektron daşıyıcıda yazının linkinin göstərildiyi ayrıca fayl yer almalıdır.

 

Müsabiqə üçün yazılar avqust ayının 11-dən sentyabr ayının 10-dək həftənin iş günləri saat 11:00 - dan 16:00 - dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

 

Qeyd edək ki, müsabiqə 2014-cü il- “Sənaye İli” çərçivəsində Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasının 20  illiyinə həsr olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar