Nobel mükafatçısı Bakı Ali Neft Məktəbində olub
03 oktyabr 2014 18:03 (UTC +04:00)

Nobel mükafatçısı Bakı Ali Neft Məktəbində olub

IV Bakı Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb. Lent.az-ın məlumatına görə, tədbiri açan rektor Elmar Qasımov forumun keçirilməsini və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirib.

 

 

Rektor professor Kurt Vütrixin həyat yolu və elmi fəaliyyəti haqqında tələbələri məlumatlandırıb, qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında danışıb.
 

 

Professor Kurt Vütrix Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrinin sırasında layiqli yer tutduğunu vurğulayıb, Azərbaycanda və ölkənin müasir tipli ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində (İsveçrə) və Skripps adına Kaliforniya Elmi-tədqiqat İnstitutunda (ABŞ) çalışdığını bildirib.

 

 

O, tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika, elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatlar haqqında məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb.


 

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar