Oqtay Əsədov Terminologiya Komissiyasından şikayətləndi
30 aprel 2013 14:58 (UTC +04:00)

Oqtay Əsədov Terminologiya Komissiyasından şikayətləndi

0

Milli Məclisdə “Gömrük tarifi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 


Lent.az-ın verdiyi məlumata görə, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi, milli təhlükəsizliyi baxımından qanunun böyük əhəmiyyəti var. 
Yeni qanun layihəsi gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Sənədin qəbul olunmasının əsas məqsədi idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin təsirindən qorumaq, dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdan ibarətdir.

 

Sənəddə ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər. Mövsümi rüsumların tətbiqi isə 6 aydan çox ola bilməz. Sənəddə malın bəyannamənin hüquq və vəzifələri, gömrük orqanının hüquq və vəzifələri, malların sövdələşmə qiyməti üsulları, gömrük rüsumlarından azad etmə və tarif güzəştləri də əksini tapır.


Vitse-spiker Valeh Ələsgərov çıxışı zamanı “pirat” sözünün quldur mənası verdiyinə toxunub və əqli mülkiyyətlə bağlı qanunvericilkdə bu ifadənin işlədilməsinin sual yaratdığını bildirib.

 
Spiker Oqtay Əsədov isə deyib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası var, amma bu komissiya aktiv fəaliyyət göstərmir: “Məsələn, “çertyoj” sözü dilimizdə işlənib. Bu söz Azərbaycan dilinə “şəkil cizgisi” kimi tərcümə oluna bilər. Bu kimi məsələlərlə Mədəniyyət Komitəmiz ciddi məşğul olmalıdır”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar