Prezident İlham Əliyev Gül Bayramında iştirak edib
10 may 2013 11:01 (UTC +04:00)

Prezident İlham Əliyev Gül Bayramında iştirak edib

0

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün ailə üzvləri ilə birgə Bakıda, Milli bankın qarşısında yerləşən və Heydər Əliyevin abidəsinin ucaldıldığı parkda keçirilən Gül bayramında iştirak ediblər. Lent.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.

 

Parkda müxtəlif gül kompozisiyaları qurulub. Eyni zamanda milli üslubda bəzədilmiş faytonların yürüşü də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4986

Oxşar yazılar