Prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
08 yanvar 2013 16:18 (UTC +04:00)

Prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib

0

Yanvarın 8-də Baş Prokurorluqda prezidentinin sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov deyib ki, 2012-ci il Azərbaycan prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə birgə fəaliyyətin nəticəsində 2012-ci il ərzində cinayətkarlığa qarşı mübarizə gücləndirilib. Kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunub, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülüb, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilib.

 

Əməliyyat müşavirəsində, prokurorluq orqanlarının yaradılmasının 94-cü ildönümü və peşə bayramı günündə prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq, xidmətlərinə görə «İgidliyə görə» və «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub.

 

Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını ifadə edib və fəaliyyətlərini bu etimada layiq səviyyədə qurulması üçün mümkün tədbirlər görəcəklərini bildirib. Əməliyyat müşavirəsində prezidentin  26 dekabr 2012-ci il tarixli «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» sərəncamından irəli gələn vəzifələr ətraflı müzakirə olunub. Eyni zamanda, 2012-ci il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə  nəticələrinin  təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində və bütün tabe struktur qurumlarda müzakirələrin aparılması, habelə  Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1259

Oxşar yazılar