Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi
Departamentinin əməkdaşları 1-15 apreldə ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, qanun pozuntuları ilə bağlı 138 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 28 iş üzrə 23 min 177 manat cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 1080 manat iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 204 iş üzrə 44 min 572,3 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qruplarına 17, məhkəmələrə isə 2 iş göndərilib.