Ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda növbəti arxeoloji düşərgə təşkil ediləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 13-dən qurulacaq düşərgəyə 15-dək ali təhsil müəssisəsindən 80 gənc qatılacaq.
8 gün davam edəcək tədbirin sonunda iştirakçılara nazirliyin sertifikatları veriləcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələri 2012-ci ildən təşkil edir. Əsas məqsəd gəncləri vətənpərvərlik ruhda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani məlumat verməkdir. Düşərgəni nazirliklə bərabər, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı quracaq.