Qəbul planı sabah təqdim olunacaq
21 may 2013 12:11 (UTC +04:00)

Qəbul planı sabah təqdim olunacaq

0

Sabah Təhsil üzrə Komissiyanın növbəti iclası keçiriləcək. Lent. az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə  mətbuat konfransında deyib ki, sabahkı iclasda 2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul planının komissiyaya təqdim olunması gözlənilir. Onun sözlərinə görə, buna “Abituriyent-3” jurnalında yer ayrılacaq: “Növbəti tədris ili üçün də müsabiqə qəbul planından asılı olacaq. Əgər qəbul planı artarsa, bu, müsabiqəyə təsir edəcək. Keçid ballarının aşağı düşməsi və ya olduğu kimi qalması da qəbul planından asılı olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 871

Oxşar yazılar