QMİ məscidlərə vəhhabilərlə bağlı kitab paylayır
27 mart 2014 12:24 (UTC +04:00)

QMİ məscidlərə vəhhabilərlə bağlı kitab paylayır

0

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə vəhhabilərlə bağlı kitab paylayır. Lent.az-ın QMİ-nin rəsmi saytına istinadən məlumatına görə, Ayətullah Cəfər Sübhaninın müəllifi olduğu “Vəhhabi cərəyanı” adlanan kitab İdarənin sədr müavini, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi və Qafqaz Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib. Kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertizasından keçib və komitənin 12 fevral 2014-cü il tarixli DK-53/B saylı məktubuna əsasən, çap olunmasına icazə verilib.

 

Kitabın məscidlərə paylanması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1062

Oxşar yazılar