Ölkə ərazisində mayın 30-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açqılanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 30-da səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, Böyük Qafqazın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti təşkil edəcək