Sabah bəzi ərazilərdə su olmayacaq
27 mart 2014 18:51 (UTC +04:00)

Sabah bəzi ərazilərdə su olmayacaq

0

“H.Z.Tağıyev  adına  Su  Kəmərləri”  İdarəsinin  1  saylı  nasos  stansiyasında yenidənqurma  işlərinin  aparılması  ilə  əlaqədar  magistral  xətlə  içməli  suyun verilməsi  dayandırılır.  Bu barədə Lent.az-a “Azərsu”dan məlumat verilib.

 

Bununla  əlaqədar  sabah 24  saat müddətinə  H.Z.Tağıyev  qəsəbəsi,  Sumqayıt  stansiyası,  Qaradağ  rayonunun Müşfiqabad  qəsəbəsi, Abşeron  rayonunun  Qobustan,  Çaylı,  Pirəküşkül,  Nübar və Binəqədi  rayonunun  28 may  yaşayış məntəqələrinə içməli  suyun  verilməsində məhdudiyyətlər olacaq.

 

“Azərsu” ASC  yaranacaq narahatlıqla əlaqədar  abunəçilərdən üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1315

Oxşar yazılar