Sabah hava necə olacaq?
03 yanvar 2014 12:11 (UTC +04:00)

Sabah hava necə olacaq?

0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Gecə 0-2 dərəcə isti, gündüz 4-7 isti olacaq.

 

 

Rayonlarda hava əsasən yağmursuz,  gecə və səhər bəzi rayonlarda duman, çiskin, axşam isə şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

 

Naxçıvan Muxtar Respublikasında gecə 12-17, gündüz 5-10 dərəcə şaxta gözlənilir. Şərq rayonlarında çiskin,  mülayim qərb küləyi əsəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1473

Oxşar yazılar