Sabah yağış yağacaq
13 yanvar 2014 13:06 (UTC +04:00)

Sabah yağış yağacaq

0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, qərb və şimal-qərb küləyi əsəcək. Temperaturun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1274

Oxşar yazılar