Sabunçuda 1 gün su olmayacaq
16 may 2013 17:11 (UTC +04:00)

Sabunçuda 1 gün su olmayacaq

0

Sabunçu rayonu, Q.Vəzirov küçəsi 3 ünvanında yerləşən nasos stansiyasında yenidənqurma işləri aparılacaq.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq sabah Sabunçunun  E.Mehdiyev, C.Şərifov, Natəvan, Sərdarov, M.Aydınbəyov, Y.Qasımov, Xanlar, S.Əfəndiyev, Q.Musabəyov, A.Əsədullayev küçələrinə içməli suyun verilməsi 24 saat  dayandırılacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar