Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buldulu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19 , gündüz 25-30 dərəcə isti olacaq
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 28-33, dağlıq rayonlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi xəbərdarlığa gəlincə isə, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.