Şimşək çaxacaq, yağış yağacaq
03 avqust 2013 13:03 (UTC +04:00)

Şimşək çaxacaq, yağış yağacaq

0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində temperatur 24-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında avqustun 4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14,  gündüz 17-22 dərəcə isti təşkil edəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1696

Oxşar yazılar