Sınaq imtahanları başlayır...
27 mart 2013 11:55 (UTC +04:00)

Sınaq imtahanları başlayır...

Aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat  martın 28-də saat 9:00-dan   başlanacaq. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar-dan 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

Virtual ödəmə kartlarını həmçinin Goldenpay, Azericard və Netmoney  kartları vasitəsilə  on-line ödəmə etməklə əldə etmək olar.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprel və may aylarında sınaq imtahanları keçirəcək.

# 1526

Oxşar yazılar