Sumqayıt stansiyasının 8 ballıq zəlzələyə davamlı binası istifadəyə verildi
29 yanvar 2013 23:21 (UTC +04:00)

Sumqayıt stansiyasının 8 ballıq zəlzələyə davamlı binası istifadəyə verildi

0

Yanvarın 29-da “Azərbaycan Dəmir Yollrı” Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt stansiyasının yeni inzibati binası istifadəyə verilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin rəisi Sabir Məhərrəmov,  Mühafizə İdarəsinin rəisi Əsgər Həmidov iştirak edib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olublar.

 

Qeyd edək ki, Sumqayıt stansiyasının yeni inzibati binasının ümumi sahəsi 716, 58 kvadrat-metrdir. Bir tədris və iclas zalı, 22 inzibati otaq və 2 mətbəxdən ibarət olan binanın seysmik dayanıqlığı 8 baldır. İnzibati binada son tamamlama işləri başa çatdırılmış, binada müvafiq işçilər üçün yüksək komfortlu iş otaqları yaradılmış, ərazi asfaltlaşdırılıb.

 

Açılış mərasimində iştirak edənlər  yeni inzibati binada yaradılan şəraitdən razılıq ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar