QHT Şurasında 3-cü rübün yekunlarına dair tədbir keçirilib
14 oktyabr 2014 18:55 (UTC +04:00)

QHT Şurasında 3-cü rübün yekunlarına dair tədbir keçirilib

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun 2014-cü ilin 3-cü rübündəki fəaliyyət hesabatı, xarici QHT-lər üçün növbəti qrant müsabiqəsi və daxil olan layihələrlə bağlı fikirlərini bildirib.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ilin 3-cü rübü ərzində qurumun məhsuldar çalışdığını qeyd edərək həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Şuranın informasiya saytı olan qhtxeber.az-ın ötən rüb ərzində fəal şəkildə QHT-lərin fəaliyyətini işıqlandırdığını deyən F. Qurbanov eyni zamanda “Vətəndaş cəmiyyəti” jurnalında da 150-dən artıq təşkilatın layihəsi haqqında məlumatın yayımlandığını qeyd edib.

 

 

A. Quliyev Şuranın xarici QHT-lər üçün yeni qrant müsabiqəsi ilə bağlı məlumat verərək ötən dəfəkilərdən fərqli olaraq bu dəfə QHT-lər üçün zaman məhdudiyyətinin qoyulmadığını, onların il boyu layihələrlə müraciət edə biləcəyini deyib. Şura sədri müsabiqənin coğrafiyasının da genişləndirilərək Avropa İttifaqı, MDB və Şimali Amerika ölkələrini əhatə etdiyini vurğulayıb. Şura üzvləri Sahib Məmmədov, Əliməmməd Nuriyev və İlqar Məmmədov gündəlikdə duran məsələlər ətrafında çıxış edərək fikirlərini bildiriblər. İclasın sonunda Şura üzvləri müzakirəyə çıxarılan məsələlərin qəbul olunması ilə bağlı qərar veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar