
Təhsil naziri 14 yaşlı dünya çempionu ilə görüşdü
Oktyabrın 15-də Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Ceyhun Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu bildirib. Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb, həmçinin ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib.
Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb.
Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.
Oxşar yazılar

Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34
Hər bürc üçün həftənin ən şanslı günü
18 avqust 2025 , 18:24
Bakıda bu körpü 10 günlük bağlanır
18 avqust 2025 , 17:17
Azərbaycanda heyvanlar üçün satılan SAXTA YEMLƏR - ARAŞDIRMA
18 avqust 2025 , 17:09
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
18 avqust 2025 , 15:43
Milli-mənəvi DƏYƏRLƏRİ təhqir edənləri hansı cəza gözləyir?
18 avqust 2025 , 15:08
Sabah dənizdə hava necə olacaq?
18 avqust 2025 , 14:08