Xaricdə təhsillə bağlı növbəti sənəd qəbulunun vaxtı və yeni prioritet istiqamətlərlə əlaqədar hazırda iş aparılır. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, ötən həftənin ortalarında təhsil naziri tərəfindən imzalanmış ilk sənədlərdən biri xaricdə təhsil alan tələbələrin vəsaitlərinin ödənilməsinə dair sənədlər olub. Nazirlik vətəndaşlara müraciət edərək qeyd edir ki, xaricdə təhsil alan tələbələrdən onlara çatacaq vəsaitlərin vaxtlı-vaxtında ödənilməməsi, süründürməçilik və ödənişlə bağlı üzləşdikləri digər problemlərlə əlaqədar məlumatı [email protected] elektron poçt ünvanına göndərilməlidirlər. Bütün bu məsələlər nazirin şəxsi nəzarətindədir.