Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin tədris planında rus dilinin müstəqil fənn kimi daxil edilmədiyini bəyan edib.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi rus dilinin məktəblərimizdə tədrisi nəzərdə tutulan xarici dillərdən biri olduğunu açıqlayıb.
Əgər məktəbdə 2 və daha artıq xarici dili tədris etmək imkanı varsa, övladının öyrənəcəyi xarici dili valideyn seçir. Bu, rus dili də , ingilis dili də, başqa dillər də ola bilər: “Bu mənada V siniflərdə də konkret olaraq rus dili deyil, ikinci xarici dil tədris olunmağa başlayıb. İkinci xarici dilin tədrisi də ilk növbədə, ixtisaslı pedaqoji kadrın (kadrların) olmasından asılıdır. Məsələn, əgər şagird I sinifdən ingilis dilini öyrənməyə başlayıbsa, V sinifdə imkan nəzərə alınmaqla rus dili, yaxud fransız dili və ya alman dili tədris oluna bilər”.