Təhsil Nazirliyindən daha bir yenilik
22 aprel 2013 13:34 (UTC +04:00)

Təhsil Nazirliyindən daha bir yenilik

0

Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi (www.nostrifikasiya.edu.az) nazirliyin saytının “Elektron xidmətlər” bölməsinə daxil edilib. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.
Yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir. Belə ki, xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açır, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edir.
Qeyd edək ki, Azərbaycan Respublikası 1997-ci ilin aprelindən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4798

Oxşar yazılar