2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına hazırda baxılır. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına bu ilin iyun ayının ikinci yarısından başlanılacaq. Məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcək. Əvvəlki illərin nəticələri deməyə əsas verir ki, kənd məktəbləri üzrə, ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir.