Təhsil Nazirliyinin Aparat rəhbəri: “...bacarmayanlar gedəcəklər”
30 aprel 2013 12:33 (UTC +04:00)

Təhsil Nazirliyinin Aparat rəhbəri: “...bacarmayanlar gedəcəklər”

0

 “Təhsil Nazirliyində kadr islahatının aparılması nəzərdə tutulmayıb”. Bunu jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib. O bildirib  ki, bu gün də Təhsil Nazirliyində işini bilən insanlar çalışır.

“Nazirlikdə keçirilən iclas zamanı da yeni nazir bildirib ki, o, işini bacaran insanlarla çalışacaq və fəaliyyətini davam etdirəcək. Hər bir nazirin öz tələbi var. Təbii ki, zamanla işini bacarmayanlar işdən gedəcəklər”, - Pirməmmədov deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1719

Oxşar yazılar