Tələblərə cavab verməyən müəssisələr lisenziyasız qalıb
15 mart 2013 14:31 (UTC +04:00)

Tələblərə cavab verməyən müəssisələr lisenziyasız qalıb

0

Təhsil Nazirliyi təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı  hesabat yayıb. Nazirlikdən Lent. az-a verilən məlumata görə, ötən il  lisenziya alınması üçün  60 müraciət daxil olub.  Sənədləri qaydasında olmayan və ya  tələblərə cavab verməyənlər  lisenziyasız qalıb. Lisenziya almaq üçün təsisçilərin nazirliyə təqdim etdikləri sənədlərin qeydiyyatı aparılıb. Bu müraciətlərin araşdırılması üçün Təhsil Nazirliyinin müvafiq əmrləri ilə neytral şəxslərdən ibarət ekspert qrupu yaradılıb. Ekspert qrupları həmin müəssisələrdə olub, onların maddi-texniki bazasına baxış keçirib və nəticəsinə dair arayışlar təqdim ediblər.

Lisenziya Komissiyasının qərarına uyğun olaraq 22 təhsil müəssisəsinə lisenziya verilməsi barədə əmr hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 817

Oxşar yazılar