Temperatur yüksəlir
10 may 2013 13:28 (UTC +04:00)

Temperatur yüksəlir

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. 

 

Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh də yayıb.  Mayın 13-dək respublika ərazisində temperatur rejiminin 2-3 dərəcə yüksələcəyi gözlənilir.  Eyni zamanda arabir gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq ki, bu da cücərməkdə olan çiyidin və qarğıdalının inkişafına nisbətən müsbət təsir göstərəcək, qışlaqlarda ot örtüyünün böyüməsini sürətləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1152

Oxşar yazılar