Rus bölməsi üzrə ilk Azərbaycan dili imtahanında iştirak etmək istəyənlər üçün mayın 8-i ərizə təsdiqinin son günüdür. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Rus bölməsi üzrə Azərbaycan dili imtahanı (birinci) Bakı və bölgə mərkəzləri üçün mayın 19-da, yalnız Bakı üçün (ikinci) imtahan iyunun 22-də keçiriləcək.
Qurumun mətbuat xidmətindən verilən daha bir məlumatda qeyd olunur ki, hərbi liseylərə ərizə qəbulu aprelin 15-dən iyunun 25-dək aparılacaq.