TQDK-dan növbəti müraciət
19 aprel 2013 17:14 (UTC +04:00)

TQDK-dan növbəti müraciət

0

TQDK abituriyentlərə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 20-dək ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan  şəhərlərində  müvafiq QİK-lərdə keçiriləcək. Bildirilib ki, seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir. 

Seçmə turda abituriyentlərin xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan uğurla keçənlər qeydiyyata alınırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1880

Oxşar yazılar