TQDK: Magistraturaya qəbul olunanların qeydiyyatı bu gündən başlayır
19 avqust 2013 10:23 (UTC +04:00)

TQDK: Magistraturaya qəbul olunanların qeydiyyatı bu gündən başlayır

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  bakalavrlara müraciət edib. Qurumdan Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar bu gündən avqustun 28-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2013-cü ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisaslaşmaya yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar