TQDK nəticələri açıqladı
20 may 2013 19:01 (UTC +04:00)

TQDK nəticələri açıqladı

0

TQDK “Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 19-da rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.  

 Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.       

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək hüququ olan 8407 abituriyentdən 327 nəfəri imtahana gəlməyib, 10 nəfəri isə imtahan qaydaların pozduğu üçün imtahan prosesindən kənarlaşdırılıb.

İmtahanda iştirak edən 8070 abituriyentdən 7233 nəfəri müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıb. Onlardan 2977 nəfərini oğlanlar, 4256 nəfərini qızlar, 2158 nəfərini əvvəlki illərin məzunları, 5075 nəfərini isə cari ilin məzunları təşkil edir.                   

Mayın 19-da keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2013-cü il iyunun 23-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1182

Oxşar yazılar