Türk televiziyaçıları niyə gəlirlər?
22 aprel 2013 12:11 (UTC +04:00)

Türk televiziyaçıları niyə gəlirlər?

0

TRT-nin baş direktorunun rəhbərlik edəcəyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gələcək. Lent. az-ın məlumatına görə,  Prezident Administrasiyası İctimai -Siyasi Əlaqələr Şöbəsinin Müdiri  Əli Həsənovun dəvəti ilə reallaşacaq rəsmi ziyarət 3 gün davam edəcək. Baş direktor İbrahim Şahin paytaxtımızda bir sıra görüşlər keçirəcək.

 

Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovla da

görüşü planlaşdırılan İbrahim Şahinin Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi də gözlənilir.

 

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəğərcanın verdiyi məlumata əsasən,

ziyarət çərçivəsində iki ölkə televiziya, kütləvi informasiya vasitələri arasında

iş birliyi və bu iş birliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq.

 

Qeyd edək ki,  aprelin 29-da  başlayan səfər  mayın 2-də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 956

Oxşar yazılar